"Qalatasaray"ın istədiyi futbolçu "Bavariya"da qalacaq

17:18 - 28 Aprel 2025

"Qalatasaray"ın transfer siyahısında yer alan Leroy Sane gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, almaniyalı vinger "Bavariya" ilə mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadacaq. Bu barədə "Kicker" nəşri məlumat yayıb.

Sane artılq klubla razılıq əldə edib. 29 yaşlı futbolçu qarşıdakı günlərdə "Bavariya" ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayacaq. Onun illik maaşı 10 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Menhen təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti