"Qalatasaray"ın futbolçusu Yunus AKgün karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Nyukasl" və "Aston Villa" türk vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Yunusun İstanbul klubu ilə müqaviləsində 11 milyon avroluq sərbəstqalma məbləği var. 24 yaşlı ön xətt oyunçusu ilə "Benfika" da yaxından maraqlanır.
Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır
saytlarin hazirlanmasi