Kubokun finalı baş məşqçi üçün 2 yol açır - qalib gəlsə...

00:16 - 29 Aprel 2025

"Milan"ın baş məşqçisi Serxio Konseysao "Milan"da qalmağı planlaşdırmır.

Sportal.az xəbər verir ki, "Calciomercato"nun məlumatına görə, "Bolonya" ilə İtaliya Kubokunun final oyunu portuqaliyalı baş məşqçi üçün iki yol açır.

Əgər komanda məğlub olsa, Konseysao istefaya göndəriləcək. Qələbə halında isə o, özü istefa vermək niyyətindədir.

"Milan" və "Bolonya" 14 mayda Romada kubok finalında qarşılaşacaq. Üç gün əvvəl isə bu komandalar çempionat matçında üz-üzə gələcək.

Xəbər xətti