Asiya Çempionlar Liqasında ilk finalçı məlum oldu

23:23 - 29 Aprel 2025

Asiya Çempionlar Liqasında yarımfinal oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün keçirilən görüşdə "Əl-Hilal" "Əl-Əhli"yə 1:3 hesabı ilə uduzub. Bu nəticə ilə "Əl-Əhli" adını finala yazdırmağı bacarıb.

Sabah isə Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Bakı vaxtı ilə saat 20:30-da Yaponiyanın "Kavasaki Frontale" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsində qarşılaşmalar bir oyun əsasında keçirilir.

Xəbər xətti