"Barselona" öz yetirməsini transfer etmək istəyir

19:48 - 29 Aprel 2025

"Bayer"in müdafiəçisi Alexandro Qrimaldo karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Bayer" Qrimaldonu satmağın əleyhinə deyil. Almaniya klubu 29 yaşlı sol cinah müdafiəçisi üçün 30-40 milyon avro tələb edəcək.

Qeyd edək ki, Alexandro Qrimaldo "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü 2023-cü ilin yayından "Bayer"də çıxış edir. Təcrübəli oyunçu bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti