"Bayer"in futbolçusu Florian Virts Bundesliqada klubunu dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Bavariya" alman oyunçunu transfer etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.
"Bavariya"nın Virtslə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilir. Münhenlilər 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin klubu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, Florian Virts bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 42 rəsmi matçda 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi