Azərbaycanlı məşqçi İngiltərədə növbəti kuboku qazandı

10:34 - 29 Aprel 2025

Azərbaycanlı məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi İngiltərənin “Ridinq Rokets” basketbol klubu növbəti kubokunu qazanıb.

Sportal.az xəbər verir ki, birinci divizionun pley-off finalında “Milton Keyns”i 102:91 hesabı ilə məğlub edərək het-trikə imza atıb.

Yanvarda Nuruzadənin komandası İngiltərə Milli Kubokunun qalibi olub, martda isə İngiltərə Birinci Divizion komandaları üçün “Kitkinq Trophy” yarışında finalda “Milton Keyns”i məğlub edərək (97:75) kuboka sahib çıxmışdılar.

Xəbər xətti