"Qarabağ" bəzi legionerləri ilə yollarını ayırmaqda israrlıdır.
Sportal.az saytına verilən məlumata görə, mövsümün əvvəlində transfer edilən Fabyan Buntiç ümidləri doğrultmadığı üçün böyük ehtimalla komandadan göndəriləcək.
Ən pis halda isə, alman qapıçının icarəyə göndərilməsi müzakirə ediləcək.
28 yaşlı qapıçının “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi