"Növbəti mövsümü “Qarabağ”da keçirəcəm"

11:47 - 29 Aprel 2025

"Qarabağ"ın albaniyalı hücumçusu Redon Cica Misli Premyer Liqasının 32-ci turunun “Sabah”a qarşı keçirilmiş oyunundan sonra komandasının vaxtından əvvəl çempion olmasına şərait yaradan heç-heçəni (1:1) şərh edib.

Sportal.az saytına açıqlama verən alban forvard növbəti mövsüm üçün planlarından da danışıb.

"Sabah"a qarşı matç çətin oldu. Onlar bizə qarşı inamlı oynadı. “Sabah” yaxşı komandadır. Təbii ki, qalib gəlmək istəyirdik, amma çempionluğu qazanmaq üçün heç-heçə bizə kifayət edirdi. Titullar qazanmaq çox xoşdur. Qızıl medallar qazandığımıza görə şadam. Yadda qalacaq bir şey olacaq. Bu, mövsüm ərzindəki bütün səylərimizin nəticəsidir.

“Qarabağ”dakı gələcəyim haqda çox danışılır. Sadəcə onu deyim ki, gələn ilin yayında başa çatacaq cari müqaviləm var. Ona görə də növbəti mövsümü “Qarabağ”da keçirəcəm”.

Xəbər xətti