İtaliya millisinin üzvü "Real"a keçə bilər

19:19 - 29 Aprel 2025

"Real" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "Nyukasl"da çıxış edən Sandro Tonalidir. Bu barədə "Marca" nəşri məlumat yayıb

"Real"ın prezidenti Fiorentino Peres italiyalı yarımmüdafiəçinin keçidini həll etmək üçün yayda hərəkətə keçəcək. 24 yaşlı futbolçu ilə "Yuventus" da maraqlanır.

Qeyd edək ki, "Nyukasl" Sandro Tonalini 2023-cü ilin yayında "Milan"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti