İtaliya Futbol Federasiyası “Yuventus”un türkiyəli futbolçusu Kənan Yıldızı 2 oyunluq cəzalandırıb.
Sportal.az xəbər verir ki, A seriyasının 34-cü turunda keçirilən “Monza” ilə oyununda (2:0) birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan 20 yaşlı futbolçu növbəti 2 turda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Turin klubu növbəti 2 turda "Bolonya" və "Latsio" ilə vacib matçlara çıxacaq.
saytlarin hazirlanmasi