"Qalatasaray"ın müdafiəçisi Davinson Sançes komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, "Everton" və "Fiorentina" kolumbiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.
"Qalatasaray"ın oyunçusu üçün tələb edəcəyi təzminatın məbləği məlum olub. Belə ki, "sarı-qırmızılar" 28 yaşlı mərkəz müdafiəçisi üçün 20 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Qalatasaray" Davinson Sançesi 2023-cü ilin sentyabr ayında "Tottenhem"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi