"Liverpul"un transfer etmək istədiyi Niko Şlotterbek gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, alman futbolçu "Borussiya"da qalacaq. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Şlotterbek Almaniya klubu ilə müqaviləsinin müddətini uzadacaq. Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın vaxtlarda 25 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, "Borussiya" Niko Şlotterbeki 2022-ci ilin iyul ayında "Frayburq"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi