Ançelotti Braziliya ilə anlaşa bilmədi - Səudiyyə Ərəbistanında çalışa bilər

16:22 - 30 Aprel 2025

Mövsümün sonunda "Real"dan ayrılacağı gözlənilən Karlo Ançelotti Braziliya Futbol Federasiyası ilə anlaşa bilməyib.

Sportal.az xəbər verir ki, danışıqlar son anda baş tutmayıb. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

Ançelotti Səudiyyə Ərəbistanında çalışa bilər. "Əl-Hilal" italyan mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Ərəblər 65 yaşlı məşqçiyə 3 il üçün 150 milyon avro maaş ödəməyə hazırdır.

Xəbər xətti