"Sabah"ın futbolçusuna 4 oyunluq cəza verildi - Hakimi təhqir etdiyi üçün

14:58 - 30 Aprel 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Əvəzedicilər liqasının XXXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

26.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXII turun “Turan Tovuz-2” – “Şamaxı-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” komandası 100 manat cərimə edilsin (maddə 72.4);

27.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXII turun “Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

27.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXII turun “Kəpəz-2” – “Zirə-2” oyunu polis nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Kəpəz-2” komandası 100 manat cərimə edilsin (maddə 72.4);

28.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXII turun “Sabah-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 83 nömrəli futbolçusu Stefen Ende hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Sabah-2” komandası 300 manat cərimə edilsin (maddə 43.3);

29.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXII turun “Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 37); 

29.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXII turun “Sumqayıt-2” – “Neftçi-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1).

Xəbər xətti