"Yuventus" polşalı hücumçu ilə müqavilə imzaladı

16:38 - 30 Aprel 2025

İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi Arkadiuş Milikin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşalı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Yuventus" Arkadiuş Miliki 2022-ci ilin avqust ayında "Marsel"dən transfer edib. Polşa millisinin üzvü olan 31 yaşlı futbolçu bu mövsüm Turin təmsilçisinin heyətində rəsmi matçlarda iştirak etməyib. Təcrübəli hücumçu zədəlidir.

Xəbər xətti