"Sabah" Lənkəranda futbolçular seçdi

19:18 - 30 Aprel 2025

29-30 aprel tarixlərində “Azərlotereya”nın dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində gələcəyin futbol ulduzları üçün seçimlər keçirilib.

Sportal.az xəbər verir ki, "Sabah" akademiyasının məşqçiləri tərəfindən təşkil olunan seleksiya prosesində 2009–2015-ci il təvəllüdlü 600-ə yaxın uşaq bacarığını nümayiş etdirib. Hava şəraiti ilə əlaqədar olaraq seleksiyanın bir hissəsi qapalı meydançada baş tutub.

Seçimlər nəticəsində 45 istedadlı uşaq və yeniyetmə Bakıdakı final mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti