"Qarabağ"la matçı unutmuşuq, edə biləcəyimiz bir şey yoxdur" - MÜSAHİBƏ

14:22 - 1 May 2025

"Araz-Naxçıvan”ın legioneri Felipe Santos Sportal.az saytına müsahibə verib.

- “Araz-Naxçıvan” “Qarabağ”la görüşdə məğlub oldu. Sizcə, bu matçda hakim sizə çox mane oldu?

Bəli. Onlar nə futbolçunu meydandan qovdu, nə də penaltimizi verdilər. 

- Həmin görüşü artıq unuda bilmisiz?

-Bəli. Artıq həmin görüş geridə qalıb. Edə biləcəyimiz bir şey yoxdur. Qarşıdakı matçlara fokuslanmışıq. 

- “Səbail”lə görüşdə 1:1 hesablı heç-heçə etdiniz. Qələbə qazana bilməməyinizə yorğunçuluq təsir etdi, yoxsa özünə inamsızlıq var idi?

Çətin oyun idi. Bir neçə gün ərzində çoxlu oyun oynadıq və yorğun idik. Külək də təsirsiz ötüşmürdü. Ona görə də yaxşı çıxış etmədik. Biz vacib 2 xal itirdik.

-  “Araz-Naxçıvan” növbəti turda “Sabah”la qarşılaşacaq. Bu matç haqqında nə düşünürsən? “Sabah”ı məğlub edə biləcəksiniz?

Qalib gəlmək lazımdır, evdə oynayırıq, ona görə də qalib gəlməkdən başqa nəticə yoxdur, Avropaya getmək istəyiriksə, özümüzə meydan oxumalı və matçda qalib gəlməliyik.

- “Araz-Naxçıvan” hazırda 54 xalla 3-cü yerdədir. Yəqin ki, bu yerdə öz yerinizi qoruyub saxlaya biləcəksiniz? Sən buna inanırsan?

Bu, bizim yeganə məqsədimizdir və əminəm ki, biz bu mövqeyə nail olacağıq.

- Siz də 9 qolla bombardirlər siyahısında 6-cı yerdəsiniz. Birinci yerdə olan Leandro Andradeyə (14 qol) çata biləcəksiniz?

Çətindir, amma hər şey mümkündür. Amma bu gün mənim fikrim matçda qalib gəlmək və Avropada yerini təmin etmək və bu inanılmaz mövsümü başa vurmaqdır.

Mirbağırağa

Xəbər xətti