"Latsio"nun yarımmüdafiəçisi Metteo Qenduzi İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Aston Villa" və "Nyukasl" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Latsio" Qenduzinı satmağa hazırdır. İtaliya klubu 26 yaşlı orta xətt oyunçusu üçün 35 milyon avro tələb edir.
Qeyd edək ki, "Latsio" Matteo Qenduzini 2023-cü ilin yayında "Marsel"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərədə daha əvvəl "Arsenal"ın formasını geyinib.
saytlarin hazirlanmasi