"Barselona"nın hücumçusu: "Oyuna sanki yuxulu çıxmışdıq"

11:22 - 1 May 2025

“Barselona”nın hücumçusu Ferran Torres Çempionlar Liqasının ilk yarımfinal matçında "İnter"lə heç-heçəni (3:3) şərh edib. 

Sportal.az xəbər verir ki, “AS” nəşrinə danışan Torres Lamin Yamal barədə danışıb:

“Komandamız meydançaya sanki yuxulu kimi çıxmışdı və bunun əziyyətini də çəkdik. Bununla belə, uşaqlar vəziyyətə çox yaxşı reaksiya verdilər. İndi cavab oyununa qədər bu səhvlərdən nəticə çıxarmaq vacibdir. Çempionlar Liqasının yarımfinalında müəyyən edilmiş fiqurlardan çox şey asılı ola bilər. Rəqib evdə çox güclüdür. Lamin Yamal? O, bizim üçün sürpriz olmadı. Oyuna bu dəfə daha çox hazır idi. Vurduğum qola gəlincə, komandaya kömək etdiyim üçün şadam”.

Qeyd edək ki, cavab oyunu mayın 6-da Milanda baş tutacaq.
 

Xəbər xətti