Albaniyaya kubokunun final matçı keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” finalda Tirana “Dinamo”su ilə qarşılaşıb. Əsas vaxt 2:2 hesabıyla yekunlaşdığından matçın qalibinə penaltilər seriyası aydınlıq gətirib. Burada daha dəqiq zərbələr yerinə yetirən “Dinamo” kubokun qalibi olub.
Qeyd edək ki, Zamiq bu görüşdə 120 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi