Millimizin üzvü Braziliyada çempionluq qazandı

11:35 - 2 May 2025

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova Braziliyada növbəti titulunu qazanıb.

Sportal.az xəbər verir ki, fevralda Braziliya Kubokunun qalibi olmuş milliləşdirilmiş voleybolçumuz ölkə çempionu titulunu da əldə edib.

35 yaşlı hücumçunun formasını geyindiyi "Osasko" finalda "Sesi Bauru"nu 3:1 hesabı ilə məğlub edib.

İlk dəfə Braziliya çempionluğu yaşayan Rəhimova mövsümü "qızıl dubl"la başa vurub.

Xəbər xətti