"Zirə"nin braziliyalı legioneri müqavilədən sonra: "Hekayəmiz davam edir"

15:22 - 2 May 2025

Braziliyalı müdafiəçi Ruan Renato "Zirə" ilə ilə müqavilə müddətinin artırılmasını qısaca şərh edib. 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu instaqram profilində bunları yazıb:

"Çox xoşbəxt və motivasiyalıyam. Hekayəmiz davam edir".

Xatırladaq ki, Renato ilə yeni müqavilə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, 2023-cü ildən "Zirə"də çıxış edir.

Ruan karyerası ərzində “Santa Rita”, “Quarantinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqueyrense”, “Botafoqo”, “Ponte Preta”(hamısı Braziliya), “Austriya”(Vyana),  “Qəbələ” komandalarının üzvü olub.

Xəbər xətti