Bu gün Azərbaycan Birinci Liqasında XXIV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə 3 matç keçirilib.
"İmişli" autsayder "Qaradağ Lökbatan"ı məğlub edib. "Karvan" isə çempion "Qəbələ"dən üstün olub.
2 may (cümə)
“İmişli” – “Qaradağ Lökbatan” 3:1
Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Sənan Bayramzadə
Heydər Əliyev adına İmişli şəhər stadionu
“Zaqatala” – MOİK 1:0
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, Əkbər Əhmədov
Zaqatala OİK stadionu
“Karvan” – “Qəbələ” 2:0
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov
Yevlax şəhər stadionu