“Komo”nun baş məşqçisi Sesk Fabreqas gələcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Sky Sport”a danışan ispan mütəxəssis “Roma”nı çalışdırmaq ehtimalı haqda bunları deyib:
“Siz məndən çox bilirsiz. Buna əlavə edəcəyim heç nə yoxdur. “Komo”da özümü yaxşı hiss edirəm. Gələcəyimdə yeni heç nə yoxdur. Məni şayiələr maraqlandırmır”.
Daha əvvəl mətbuatda onun “Roma”da Klaudio Ranyerini əvəz edəcək mümkün məşqçilər siyahısında olduğunu yazmışdı. “Komo” onun rəhbərliyi altında 42 xalla A Seriyasında 34 turdan sonra 11-ci pillədədir.
saytlarin hazirlanmasi