"Şamaxı" legionerini saxlamaq istəyir - yeni müqavlə təklif edildi

14:47 - 2 May 2025

"Şamaxı" aparıcı futbolçularından daha birini komandada saxlamağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi Leroy Mikkelsi buraxmaq istəmir. 

Onun müqavilə müddəti mövsümün sonunda başa çatacaq. “Şamaxı” Mikkelsə daha yaxşı şərtlərlə müqavilə təklif edib. Lakin 29 yaşlı futbolçu daha cəlbedici təklif almaq niyyətindədir. 

Qeyd edək ki, Leroy komandaya yayda qoşulmuşdu. Onun xidmətində maraqlı olan Premyer Liqa klublarımız da var. Alman futbolçu “Allemaniya Ahen”, “Duysburq”, “Velbert 02”, “Türkgücü Münhen”, “Oberhauzen”, “Spartak(Varna), “Əl-Taraci” klublarında oynayıb.
 

Xəbər xətti