"Neftçi"də yayda köklü dəyişikliklər olacağı gözlənilir.
Sportal.az saytına verilən məlumata görə, komandadan yayda göndərilə biləcək oyunçular arasında Robert Bauerin də adı var.
"Ağ-qaralar" gözləntiləri qarşılamayan legioneri yayda göndərmək barədə düşünür.
Alman futbolçu paytaxt klubuna mövsümün əvvəlində cəlb edilib. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
30 yaşlı karyerası ərzində "İnqolşdat", "Verder", "Nürnberq", "Arsenal", "Sent-Trüden", "Əl-Tai" klublarında oynayıb.
saytlarin hazirlanmasi