Türkiyə millisinin sabiq üzvü 2 illik futboldan uzaqlaşdırıldı

14:50 - 3 May 2025

Türkiyə millisinin sabiq üzvü Alper Potuk ağır cəza alıb.

Sportal.az xəbər verir ki, "Qostivar"da çıxış edən 34 yaşlı vinger Şimali Makedoniya Futbol Federasiyasının qərarı ilə 2 illik futboldan uzaqlaşdırılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Qostivar" ölkə çempionatının 28-ci turunun "Rabotniçki" ilə matçında meydanı tərk edib. Hakim qərarlarına etiraz etmək məqsədi ilə komandaya oyun bitmədən paltardəyişmə otağına getmək göstərişini kapitan Alper Potuk verib. Buna görə də türk cəzaya məruz qalıb.

Həmçinin, klubun türk prezidenti Enes Usta da 2 illik diskvalifikasiya olunub.

"Qostiva" da ağır cəza alıb. Belə ki, komandaya texniki məğlubiyyət verilib. Bundan başqa onların 9 xalı silinib.

Qeyd edək ki, "Qostivar" Şimali Makedoniya çempionatında 29 turdan sonra 48 xal toplayıb və turnir cədvəlnin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti