"İmişli" - "Qaradağ Lökbatan" matçında 4 qol - VİDEO

11:37 - 3 May 2025

1-ci Liqada 24-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "İmişli" doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 47-yə yüksəldən "İmişli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 22 xalı olan "Qaradağ Lökbatan" isə sonuncu yerdədir.

"İmişli" - "Qaradağ Lökbatan" 3:1
Qollar:
 İ.İnqilablı, 55, O.Timilehin, 66, S.Fərəcov, 90+1 - N.Novruzov, 75

Xəbər xətti