Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Elvesberq"i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 28 yaşlı forvard matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
32 turdan sonra aktivində 45 xal olan "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi