34 il sonra A Seriyasına qayıtdılar

19:18 - 4 May 2025

İtaliya A Seriyasına vəsiqə qazanan ikinci komandanın adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Sassuolo"dan sonra "Piza" da elitada çıxış etmək hüququ qazanıb.

Filippo İnzaginin rəhbərlik etdiyi kollektiv B Seriyasının 36-cı turunda səfərdə "Bari"yə 0:1 hesabı ilə uduzub. Lakin bu məğlubiyyət "Piza"nın A Seriyasına yüksəlməsinə mane olmayıb. Belə ki, onların ən yaxın izləyicisi olan "Spetsiya" da bu turda uduzub. Mövsümün bitməsinə 2 tur qalmış "Piza" "Spetsiya"nı 9 xal qabaqlayır.

Qeyd edək ki, "Piza" sonuncu dəfə 1990/1991 mövsümündə İtaliya A Seriyasında iştirak edib.

Xəbər xətti