Yayda "Real"ın baş məşqçisi təyin olunacağı gözlənilən Xabi Alonsonun ilk transfer hədəfi məlum olub.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis "Bayer"də birlikdə çalışdığı Pyero İnkapyeni özü ilə Madrid klubuna aparmaq istəyir. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Xabi Alonso "Real" rəhbərliyindən ekvadorlu mərkəz müdafiəçisinin transferini istəyib. 23 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsindən 40 milyon avroluq sərbəstqalma məbləği yer alıb.
Qeyd edək ki, Pyero İnkapye bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi