Küveyt klubunda oynamış azərbaycanlı Premyer Liqa komandalarından təklif aldı

17:47 - 13 İyul 2025

Vaxtı ilə Küveytin "Əl-Salmiya" klubunda oynayan Kamal Mirzəyev yenidəm Azərbaycan Premyer Liqasında oynaya bilər. 

Sportal.az saytına verilən məlumata görə, son mövsümü "Şəmkir"də keçirmiş Mirzəyev Premyer Liqa klublarından təklif alıb. 

Onun bölgə klublarından birinə keçəcəyi gözlənilir. Bu klublar arasında "Karvan" və "İmişli",  'Kəpəz" də var. 

30 yaşlı yarımmüdafiəçi "Qəbələ", AZAL, "Sumqayıt, " Şamaxı" klublarında oynayıb
 

Xəbər xətti