"Napoli" "Bolonya"nın mərkəz müdafiəçisi Səm Bekemeni transfer edəcək.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mənbəyə görə, Neapol klubu 26 yaşlı niderlandlı futbolçu üçün 31 milyon avro + bonuslar ödəyəcək.
Qeyd edək ki, Bekeme 2023-cü ilin yayından etibarən "Bolonya"da çıxış edir. O, klubun heyətində 80 oyun keçirib, 2 qol vurub və 3 assist edib.
saytlarin hazirlanmasi