La Liqa klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

19:56 - 13 İyul 2025

İspaniyanın "Real Ovyedo" klubu Santi Kazorlanın müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə La Liqaya yüksələn klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı yarımmüdafiəçi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Santi Kazorla 2023-cü ilin avqust ayından "Real Ovyedo"da çıxış edir. Təcrübəli futbolçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti