Bu gün Azərbaycanı çempionu "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İrlandiyada “Şelburn”un qonağı olub. Ağdam təmsilçisi matçdan 3:0 hesablı qələbə ilə ayrılmağı bacarıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Çempionlar Liqası, II təsnifat mərhələsi
22:45 “Şelburn” (İrlandiya) - Qarabağ (Azərbaycan) 0:3
Qollar: L.Andrade,12, A.Kaşuk,81, N.Axundzadə,85
Dublin, “Tolka Park”
Baş hakim - Ante Çulina (Xorvatiya)