"Beşiktaş" futbolçusunu Braziliyaya göndərdi

17:17 - 18 Avqust 2025

"Beşiktaş" futbolçusu Elan Rikardonu icarəyə verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi kolumbiyalı yarımmüdafiəçini Braziliyaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rikardo "Atletiko Paranaense"yə keçib. 21 yaşlı oyunçu 2025/2026 mövsümünün sonuna kimi A Seriyası təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Beşiktaş" Elan Rikardonu bu ilin fevral ayında ölkəsinin "Ekidad" klubundan transfer edib.

Xəbər xətti