Krivotsyuk oynadı, komandası məğlub oldu

23:53 - 17 Avqust 2025

Futbol üzrə Cənubi Koreya çempionatında 26-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" “Qvanqyu” ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Qeyd edək ki, "Daejeon" 42 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti