Niderlandda Erediviziyanın 2-ci tur oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökcunun çıxış etdiyi “Volendam” səfərdə “Alkmaar”la qarşılaşıb və oyun 2:2 hesabı ilə başa çatıb. Kökcu start heyətdə meydana çıxıb və hesab 1:2 olarkən 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda “Volendam” 2 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi