Azərbaycan komandası Avropa çempionatının 1/4 finalında

10:33 - 13 Sentyabr 2025

Litvada idman jurnalistləri arasında keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan komandası qrup mərhələsini məğlubiyyətsiz başa vuraraq 1/4 finala vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, turnirdə 14 ölkənin komandası iştirak edir.

Qrup oyunlarında uğurlu nəticələr göstərən təmsilçimiz növbəti mərhələdə ev sahibi Litva komandası ilə qarşılaşacaq. Oyun sentyabrın 13-də, Bakı vaxtı ilə saat 12:30 da başlayacaq.


Xəbər xətti