"Turan Tovuz" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi Xorxe Silvanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq Sloveniya təmsilçisi “Olimpiya”nın şərəfini qorumuş portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.
Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi