"Fənərbaxça"nın sabiq futbolçusu Alper Potuk karyerasını Türkiyə I Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, 34 yaşlı vinger "Ankara Keçiörengücü" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü paytaxt təmsilçisi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Alper Potukun son klubu Şimali Makedoniyada "Qostivar" olub.
saytlarin hazirlanmasi