"Neftçi"nin futbolçusu Edvin Kuç Monteneqro millisinin heyətində Xorvatiyaya qarşı oynayıb.
Sportal.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv xorvatların qonağı olub.
Görüş Xorvatiyanın 4:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Edvin Kuç meydana 74-cü dəqiqədə çıxıb. O, 85-ci dəqiqədə avtoqolla yadda qalıb. "Qarabağ"ın futbolçusu Marko Yankoviç isə matçın heyətinə daxil edilməyib.
Monteneqro 5 turdan sonra 6 xalla 4-cü pillədədir.
saytlarin hazirlanmasi