Azərbaycanlı futbolçu Xorvatiyada ilk qolunu vurdu

11:22 - 10 Sentyabr 2025

Xorvatiya kubokunda 2-ci raundun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" "Qay" klubu ilə qarşılaşıb və rəqibini 7:1 qalib gəlib.

Meydana start heyətində çıxan Rüfət 66-cı dəqiqəsində əvəzlənib.

O, komandasının ilk qolunu da 12-ci dəqiqədə vurub.

Qeyd edək ki, bu, Abdullazadənin “Varajdin”də vurduğu ilk qoldur.

Xəbər xətti