Xabi Alonso İspaniyada ən yaxşı məşqçi seçildi

19:51 - 8 Sentyabr 2025

İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Real"ı çalışdıran Xabi Alonso ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi ölkə çempionatında keçirdiyi 3 oyunun hamısında qalib gəlib.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Real"ın baş məşqçisi postuna təyin olunub.


Xəbər xətti