Merino karyerasında ilk het-trikini Türkiyə yığmasına qarşı etdi

00:22 - 8 Sentyabr 2025

Mikel Merino karyerasında ilk het-trikini edib.

Sportal.az xəbər verir ki, İspaniya milli komandası Dünya Çempionatı-2026 seçmə mərhələsində səfərdə hazırda 2-ci hissəsi oynanılan matçdaTürkiyəni 6:0 hesabı ilə məğlub edir.

"Arsenal"ın da şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçi 3 qol vurub – 22-ci dəqiqə, birinci hissənin 46-cı dəqiqəsi və 57-ci dəqiqə.

Merino ilk dəfə yetkin səviyyədə het-trik edib; əvvəllər yalnız “Osasuna” və “Arsenal”da dubllar vurmuşdu.

Qeyd edək ki, bu qollar onun İspaniya millisindəki 37-ci oyunda 6-cı, 7-ci və 8-ci qollarıdır. 2025-ci ildə isə o, 5 oyunda 6 qol vurub.

Xəbər xətti