20 il sonra PSJ-ni tərk etdi

21:18 - 7 Sentyabr 2025

PSJ-nin müdafiəçisi Prensel Kimpembe karyerasını Qətərdə davam etdirəcək.

Sportal.az xəbər verir ki, fransalı futbolçu "Qətər" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisi Asiya təmsilçisi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Prensel Kimpembe 2005-ci ildə PSJ-nin akademiyasına qoşulub. Fransa millisinin sabiq üzvü Paris təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 241 rəsmi matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti