"Milan"ın futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistantanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Əl-Şəbab" fransalı yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə "Foot Mercato" məlumat yayıb.
Adli Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq. Onun illik maaşı 7 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Yasin Adli ötən mövsüm icarə əsasında "Fiorentina"nın formasını geyinib. 25 yaşlı dayaq yarımmüdafiəçisi "bənövşiyilər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi