"Lion"un futbolçusu "Liverpul"a niyə keçməyib? - özü açıqladı

19:47 - 7 Sentyabr 2025

"Lion"un vingeri Malik Fofana bu yay "Liverpul"a və ya "Çelsi"yə keçidinin baş tutmaması haqda danışıb.

Sportal.az “Liverpool Echo”ya istinadən xəbər verir ki, 20 yaşlı belçikalı hazırkı klubunda qalmaqla oyununu yaxşılaşdıra biləcəyinə inandığını dilə gətirib:

"Hər iki klubdan maraq var idi, amma sonda bu, kifayət qədər konkret olmadı. Mən transfer haqqında düşünürdüm, amma indi çoxlu oyun vaxtı əldə etmək daha vacibdir və bu, "Lion"da baş verir, ona görə də təkmilləşdirməyə hələ yerim var. Əlbəttə dünya çempionatına getmək istəyirəm. Amma bilirəm ki, hələ sübut etməli çox şeyim var. Mən artıq irəliləyiş əldə etmişəm. Mediaya fikir vermirəm, sadəcə sevdiyim işlə məşğul oluram: driblinq və qol vurma”.

Xəbər xətti