"Qalatasaray" İtaliya klubunun transferini reallaşdırmağa yaxındır

13:42 - 8 Sentyabr 2025

“Qalatasaray” “Atalanta”nın futbolçusu Ademola Lukmanı transferini reallaşdırmağa yaxındır.

Sportal.az “Football İtalia”ya istinadən xəbər verir ki, Türkiyə çempionunun baş məşqçisi Okan Buruk Lukmanın transferində şəxsən maraqlıdır. 

Türkiyədə “transfer pəncərəsi” sentyabrın 12-dək açıq olduğu üçün bu da danışıqları davam etdirmək imkanı verir. “İnter”in də istədiyi futbolçunun “Qalatasaray”a keçəcəyi gözlənilir. 

27 yaşlı futbolçunun “Atalanta” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Çarlton”, “Everton”, “Leyptsiq”, “Fulhem” klublarında oynayıb.
 

Xəbər xətti